EN

“Qazanılan təcrübə media sahəsində yeni imkanlar yaradacaq”- Natiq Məmmədli

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) dördüncü günü də qlobal şəhərsalma gündəliyinin əsas müzakirə platformalarından biri kimi diqqət çəkir. Dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri, ekspertlər, urbanistlər və beynəlxalq təşkilatların təmsilçiləri bu gün də dayanıqlı şəhərlərin qurulması, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya və yaşayış mühitinin yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparacaqlar. Forum çərçivəsində keçiriləcək panel və sessiyalarda gələcəyin şəhər modelləri, innovativ həllər və beynəlxalq əməkdaşlıq məsələləri əsas müzakirə mövzuları sırasında yer alır.

“Peşəkarlıq səviyyəsinin daha da artırılması baxımından bu gün bu mənzərəni görmək bizi çox sevindirir. Azərbaycan mediası COP29 çərçivəsində zəngin təcrübə əldə edib. Hesab edirik ki, bu təcrübə gələcək fəaliyyətimizdə də öz bəhrəsini verəcək”.

Bunu Natiq Məmmədli News365.az-a açıqlamasında deyib.

O bildirib ki, COP29 Azərbaycan mediasının peşəkarlığının inkişafı və beynəlxalq təcrübəsinin genişlənməsi baxımından mühüm rol oynayıb. N.Məmmədlinin sözlərinə görə, tədbir çərçivəsində qazanılan təcrübə gələcəkdə media sahəsində daha effektiv fəaliyyətə töhfə verəcək.

Chosen
18
news365.az

1Sources