EN

Azərbaycanda xam sürücü 3 maşının qəzasına səbəb oldu Biri aşdı (VİDEO)

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Abşeron rayonu, Güzdək yolunda baş vermiş yol-nəqliyyat hadisəsi kameraya düşüb.Demokrat.az Avtosfer.az-a istinadən məlumatına görə, görüntülər sosial şəbəkələrdə paylaşılıb.Kadrlardan görünür ki, “Opel” markalı avtomobilin sürücüsü öndə hərəkət edən nəqliyyat vasitələrini ötmək məqsədilə əks yola çıxıb. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsi ilə təhlükəli vəziyyət yaranıb. Manevr edən sürücü idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb.Eyni zamanda “Mercedes Atego” markalı yük maşını da toqquşmanın qarşısını almaq üçün son anda manevr edib və təhlükəli vəziyyətdən yayınmağa nail olub.Qəza nəticəsində “Opel”ə maddi ziyan dəyib, xəsarət alan olmayıb.Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, ötmə manevri yalnız qarşıdan gələn nəqliyyat vasitəsinin məsafəsi kifayət qədər uzaq olduqda, görünmə şəraiti aydın və yolun qarşı zolağının təhlükəsiz olduğu hallarda yerinə yetirilməlidir. Qarşıdan gələn nəqliyyat vasitəsinə yaxın məsafə olduqda və ya təhlükə ehtimalı yarandıqda ötmə qəti şəkildə qadağandır.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
2
demokrat.az

3Sources