EN

Türkiyə “Tayfun Block-2” ballistik raketini ordunun arsrnalına daxil edib

Yeni raketin 500 kilometrdən artıq mənzilə, hipersəs sürətinə və yüksək dəqiqliyə malik olduğu bildirilib...

Poliqon xəbər verir ki, Türkiyə ilk dəfə yerli istehsal olan “Tayfun Block-2” ballistik raketini rəsmi şəkildə Silahlı Qüvvələrin silahlanma siyahısına daxil edib.

Məlumata görə, yeni raket 500 kilometrdən artıq atəş məsafəsinə malikdir. Bildirilir ki, “TAYFUN Block-2” hipersəs sürəti ilə hərəkət edir və yüksək dəqiqliklə hədəfləri vurmaq imkanına sahibdir.

Raketin əsasən strateji və mühüm hərbi obyektlərin məhv edilməsi üçün nəzərdə tutulduğu qeyd olunur. Kompleksin mobil platformada yerləşdirilməsi onun müxtəlif ərazilərdə operativ şəkildə tətbiqinə imkan yaradır.

Türkiyə müdafiə sənayesi mənbələrinin məlumatına əsasən, “TAYFUN Block-2” elektron müharibə vasitələrinin təsirinə qarşı davamlıdır və bütün hava şəraitində istifadə oluna bilir. Bununla yanaşı, raketin müasir idarəetmə və naviqasiya sistemləri ilə təchiz edildiyi vurğulanır.

Ekspertlər hesab edirlər ki, “TAYFUN Block-2”nin silahlanmaya qəbul edilməsi Türkiyənin yerli raket proqramında yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Yeni sistemin regionda hərbi balans və çəkindiricilik imkanlarına təsir göstərəcəyi də istisna edilmir.

Poliqon.info

Chosen
50
poliqon.info

1Sources