Türkiyə ilk dəfə olaraq yerli istehsal olan TAYFUN Block-2 ballistik raketini rəsmi şəkildə ordusunun silahlanma siyahısına daxil edib.
Musavat.com xəbər verir ki, yeni raket sistemi 500 kilometrdən artıq atış məsafəsinə, hipersəs sürətinə və yüksək dəqiqlik göstəricilərinə malikdir.
Məlumata görə, TAYFUN Block-2 mühüm hərbi hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub.
Raket kompleksi mobil xüsusiyyətə sahib olmaqla yanaşı, elektron müharibə vasitələrinin təsirinə qarşı davamlıdır və bütün hava şəraitində istifadəyə yararlıdır.
Ekspertlər hesab edirlər ki, bu raketin Türkiyə ordusunun arsenalına daxil edilməsi ölkənin müdafiə imkanlarını daha da gücləndirəcək və regional hərbi balansda mühüm rol oynayacaq.
Musavat.com