ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Energetika naziri Pərviz Şahbazovla inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi Sohail Mahmud arasında görüş keçirilib.
Bu barədə nazirin "X" hesabında paylaşım edilib.
Görüş zamanı enerji sahəsində əməkdaşlığın inkişafı, Azərbaycanda “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması, eləcə də Bakı Enerji Həftəsi çərçivəsində D-8 ölkələrinin enerji nazirlərinin ilk iclasının təşkili məsələləri müzakirə olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.