EN

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsinin təkmilləşdirilməsi və “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Publika.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təsdiq edir;

1.2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən yeni tariflər təsdiq edilənədək onun göstərdiyi xidmətlərin mövcud tarifləri öz hüquqi qüvvəsini saxlayır.

Chosen
44
14
publika.az

10Sources