EN

İdmanın şəhər siyasətinə və planlaşdırılmasına inteqrasiyası sağlamlıq və rifahı gücləndirir

Bakı, 20 may, AZƏRTAC

Hazırda dünyada problemlər ən çox sıxlıq olan şəhər mühitlərində baş verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Kosta Rikanın sabiq prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin Birləşmiş Millətlər Təşkilatındakı daimi müşahidəçisi Laura Çinçilya deyib.

Onun sözlərinə görə, 2050-ci ilədək insanların 70 faizinin şəhərlərdə yaşayacağı gözlənilir: "Bu da hazırkı çağırışları artıracaq. Birgə fəaliyyət zəruridir. İdman sosial, iqtisadi və ekoloji sahələrdə inkişafı sürətləndirən aşağı xərcli, lakin yüksək təsirə malik bir vasitədir. İdmanın şəhər siyasətinə və planlaşdırılmasına inteqrasiyası sağlamlıq və rifahı gücləndirir".

Chosen
36
1
azertag.az

2Sources