Bakı, 20 may, AZƏRTAC
Malayziya dayanıqlı şəhər inkişafının əsas istiqamətlərindən biri kimi İctimai Nəqliyyat Yönümlü İnkişaf (TOD) modelini prioritet hesab edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Malayziyanın Yaşayış Sahələri və Yerli Özünüidarəetmə Nazirliyinin nəzdində fəaliyyət göstərən "URBANICE Malaysia" mərkəzinin baş əməliyyat direktoru Rizal Osman BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf (TOD) və Şəhərlərin Yaşıl Transformasiyası” mövzusunda sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, məqsəd ictimai nəqliyyatdan istifadə edənlərin payını ən azı 30-40 faizə çatdırmaqdır.
“TOD yanaşması yüksək sıxlıqlı və qarışıq funksiyalı tikinti layihələrini, güclü ictimai nəqliyyat əlaqələrini, piyada hərəkətinə uyğun məhəllələri və xidmətlərə daha asan çıxışı təmin edərək kompakt, səmərəli və inklüziv şəhər mühitini təşviq edir”, - deyə o əlavə edib.
Müxbir - Vüsalə Səfərova