Mənzil və şəhərsalma sahəsində dayanıqlılıq məlumatlı cəmiyyətdən asılıdır, buna görə bilgiləndirmə çox böyük faktordur.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai Bakıda WUF13 çərçivəsində təşkil edilən "Mənzil və Şəhər Dayanıqlığı üzrə İctimai Çıxışların Hərəkətverici Gücü Kimi Media" tədbirində deyib.
O bildirib ki, burada media məlumatlandırmaqdan daha vacib rol oyanyaraq ictimai fikrə təsir edir.
"Şəhərlər iqtisadi tərəqqinin həmişə göstəriciləri olub, burada media isə bağlayıcı rol oynayıb. Şəhər dayanıqlığı, məskunlaşdırma mövzusunda bilgili olmaq çox vacibdir. Burada kommunikasiya da önəmlidir. Birlikdə müştərək çalışaraq məqsədlərə çata bilərik", - o vurğulayıb.