EN

Stolüstü tennisçilərimiz beynəlxalq turnirə yollandılar

Azərbaycanın stolüstü tennisçiləri mayın 21-də Tacikistanın paytaxtı Düşənbədə start götürəcək "Prezident Kuboku"nda mübarizə aparacaqlar.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti yayıb. 

Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Arzu Aslanova, Xədicə Əbilzadə, Şəbnəm Mansurova, Onur Quluzadə, Nihad Məmmədov və Hilal Həsənov yarışa qatılacaqlar.

Beynəlxalq turnirə mayın 24-də yekun vurulacaq.

Chosen
8
4
fanat.az

7Sources