EN

Ukraynada Prezident seçkiləri KEÇİRİLƏCƏK – Vaxt AÇIQLANDI – RƏSMİ

“Ölkədə seçki prosesinə yalnız davamlı atəşkəsdən ən azı üç ay sonra start verilə bilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak teleqram kanalında yazıb.

Onun sözlərinə görə, müəyyən şərtlər daxilində Ukraynada seçkilər 2027-ci ilin yazında keçirilə bilər.

Podolyak qeyd edib ki, Rusiya müharibəni cəbhə xətti üzrə dayandırmağa razı olacağı təqdirdə seçkilərin keçirilməsi mümkün görünür. O vurğulayıb ki, belə bir ssenari Ukraynanın uzaqmənzilli zərbələr vasitəsilə Rusiyanın ixrac potensialının yarısını sıradan çıxara biləcəyi halda reallaşa bilər.

Bizim.Media

Chosen
24
bizim.media

1Sources