EN

Çin və ABŞ 30 milyard dollarlıq tarif endirimini müzakirə edəcək

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

Çin və ABŞ nümayəndə heyətləri hər iki tərəf üçün ən azı 30 milyard dollar dəyərində məhsullara qarşılıqlı tarif endirimlərini müzakirə edəcəklər.

Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat verib.

Çin Ticarət Nazirliyi aydınlıq gətirib ki, qarşılıqlı maraq doğuran müəyyən mallar üçün ən çox əlverişli dövlət tariflərinin və ya daha aşağı tariflərin tətbiq edilməsi gözlənilir.

Nazirliyin məlumatına görə, bu razılaşmaların həyata keçirilməsi təkcə Çin və ABŞ arasında ikitərəfli ticarətin sabitləşməsinə və genişlənməsinə töhfə verməyəcək, həm də qlobal, açıq əməkdaşlıq üçün faydalı bir nümunə olacaq.

“Hər iki tərəfdən ticarət və iqtisadi nümayəndə heyətləri sıx əlaqə saxlayacaq, konkret tədbirlər barədə razılığa gələcək və onların sürətli şəkildə həyata keçirilməsinə kömək edəcəklər”, - Çin Ticarət Nazirliyi məlumat verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
1
yeniavaz.com

2Sources