EN

"WUF13 bundan öncəkilərdən daha innovativdir" -

“Bu forum mənim üçün çox önəmlidir, çünki fəaliyyət istiqamətim qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyasıdır ki, bu da konfransın əsas mövzularından biridir”.Bu fikirləri Metbuat.az-ın müxbirinə Cənubi Afrikanın Vitvatersrand universitetinin professoru Mari Hukman Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində bildirib. Onun sözlərinə görə, bu, mənzil məsələləri və qeyri-rəsmi yaşayış məntəqələrinə fokuslanan ilk Ümumdünya Şəhərsalma Forumudur:“Bu səbəbdən forum xüsusi əhəmiyyət daşıyır. Burada aparılan müzakirələr həm şəhərsalma, həm də sosial mənzil siyasəti baxımından çox vacibdir”.Professor Bakı ilə bağlı təəssüratlarını da bölüşüb:“Burada olmaq mənim üçün böyük şərəfdir. Bakı çox gözəl şəhərdir. Dünən şəhərin tarixi və qədim memarlığı barədə məlumat aldıq. Mən urbanistika və planlaşdırma sahəsində çalışdığım üçün şəhərlərə bir qədər tənqidi baxışla yanaşıram. "Google Earth" üzərindən baxdıqda bəzi qeyri-rəsmi yaşayış sahələrinin söküldüyünü görmək mümkündür. Ehtimal ki, bu ərazilər daha müasir layihələr üçün boşaldılır. Mən bunu müəyyən qədər problemli hesab edirəm, amma Azərbaycanın hazırkı iqtisadi inkişaf mərhələsini də anlayıram”.O qeyd edib ki, forum zamanı Azərbaycanın iqtisadiyyat naziri qeyri-rəsmi yaşayış məntəqələrinin leqallaşdırılması və sakinlərin köçürülməsi istiqamətində planlar barədə məlumat verib.Mari Hukman bu WUF-un digər forumlardan fərqləndiyini də vurğulayıb:“Bu, stadion formatında iştirak etdiyim ilk WUF-dur. Məkan çox innovativ şəkildə qurulub. Naviqasiya rahatdır, yönləndirmə işarələri və brendinq çox uğurludur. Həmçinin yemək məntəqələrinin əlçatan olması iştirakçılar üçün rahatlıq yaradır”.Professor Azərbaycan mətbəxi barədə danışarkən isə əsasən vegetarian yeməklərə üstünlük verdiyini bildirib:“Ət yeməklərinin çox olduğunu gördüm. Amma badımcan, qarğıdalı və müxtəlif salatlardan zövq aldım".

Gülbəniz Hüseynli / Metbuat.az

Chosen
38
metbuat.az

1Sources