EN

Almaniya millisi favoritdən daha çox iddiaçıdır Naqelsmann

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Almaniya millisi favoritdən daha çox iddiaçıdır" - Naqelsmann

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann DÇ-2026  ilə bağlı danışıb.

QOL.az FİFA-nın saytına istinadən xəbər verir ki, o, komandasını turnirin əsas favoriti hesab etmədiyini bildirib:

“Ümumilikdə Almaniya millisi hər zaman intensiv və fiziki oyun üslubu ilə seçilib. Ola bilsin ki, son illərdə bunu bir qədər itirmişik. Müasir futbolun təsirini qəbul etməli və soyuqqanlı davranmalıyıq.

Mən komandamızı favoritdən çox iddiaçı kimi görürəm. Bu isə bizim üçün müsbət məqam ola bilər. Həyatın digər sahələrində olduğu kimi, burada da hər şey inamdan keçir. Futbolçularına və onların yaxşı nəticə göstərəcəyinə inanmalısan”.

Qeyd edək ki, Almaniya millisi DÇ-2026-nın E qrupunda Kot-d'İvuar, Ekvador və Kyurasao ilə qarşılaşacaq.

Xatırladaq ki, Almaniya millisi dörtqat dünya, üçqat Avropa çempionudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
1
qol.az

2Sources