EN

“Sadakat” serialı tərk edir - Yeni rolu açıqlandı

Türkiyənin reytinqli layihələrindən olan “Uzak şehir” serialında “Sadakat” obrazı ilə tamaşaçı qarşısına çıxan Qonca Cilasun yeni layihəyə dəvət alıb.

“Yeni Sabah” xəbər verir ki, aktrisa bu dəfə “Çırak” serialının heyətinə qatılıb.

O, ekran işində “Nigar” adlı personajı canlandıracaq. Layihənin baş rollarından birini isə Ozan Akbaba ifa edir. Marqarita pizza

Maraqlıdır ki, Qonca Cilasun və Ozan Akbaba hazırda yayımlanan “Uzak şehir” serialında da birlikdə rol alırlar. Aktrisa ekran işində Ozan Akbabanın canlandırdığı “Cihan”ın anası “Sadakat” obrazını oynayır.

Qeyd edək ki, “Uzak şehir” son aylarda Türkiyədə və Azərbaycanda ən çox izlənən seriallardan biri hesab olunur. Layihə ailədaxili münasibətlər, hakimiyyət uğrunda mübarizə və dramatik hadisələri ilə sosial şəbəkələrdə geniş müzakirə edilir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
49
1
yenisabah.az

2Sources