EN

Varlıqla yoxluq arasında: ömür labirint kimi - Elnarə AKİMOVA

Fanilik İmamverdi İsmayılov nəsrinin sevimli xronotoplarından birinə çevrilib. Bu mənada, az əvvəl yazdığı və ədəbi prosesdə ciddi rezonans yaratmış “Bayquş və Qarovulçu” hekayəsini “Labirint”ə gətirən yolun başlanğıcı da saymaq olar. Bəlkə daha əvvələ gedib aforizmlərdən başlamaq da caiz sayılar.
Hər bir halda həyata, dünyaya mediativ baxışın nəticəsi olan bu mətnlər insanın mənəvi təkamül mərhələsini, inanca çevrilmiş həqiqət axtarışını simvolizə edən sonsuzluq işarələridir. “Labirint” hekayəsində də bu sonsuzluğun, ölüm nəğməsinin səsini eşidirsən.

Chosen
22
yenicag.az

1Sources