EN

Taksi dayanacağını “parkinq”ə çevirən sürücülər narazılıq yaratdı VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində qayda pozan sürücülər kameraya düşüb.

Bu barədə görüntülər Avtosfer.az-ın “WhatsApp” xəttinə izləyicilərdən biri tərəfindən göndərilib. Kadrlardan görünür ki, 77-PY-705 dövlət nömrə nişanlı “Changan” və 90-TP-575 dövlət nömrə nişanlı “Mazda” markalı avtomobillər taksilər üçün nəzərdə tutulmuş dayanacaqda saxlanılıb.

Şikayətçinin iddiasına görə, 77-GT-147 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü isə nəqliyyat vasitəsini həmin ərazidə park etmək üçün taksi tanınma nişanından istifadə edib. Bildirilir ki, avtomobilin taksi fəaliyyəti üçün tələb olunan müvafiq icazə sənədi və buraxılış kartı yoxdur.

Taksi fəaliyyəti ilə məşğul olan izləyici bildirib ki, sözügedən nəqliyyat vasitələri səbəbindən 15 dəqiqədən artıqdır ərazidə gözləməli olub. O, boş yer olmadığı üçün avtomobilini ikinci zolaqda saxlamaq məcburiyyətində qaldığını qeyd edib.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
avtosfer.az

1Sources