EN

Senat Trampın hərbi səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib

Sənəd səkkizinci cəhddən sonra qəbul edilib...

Poliqon xəbər verir ki, ABŞ Senatı Trampın hərbi səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib. CNN telekanalının məlumatına görə, sənəd səkkizinci cəhddən sonra qəbul olunub. Qanun layihəsini 50 senator sənədi dəstəkləyib, 47-si isə əleyhinə səs verib.

Qanun layihəsinə əsasən, İrana qarşı hər hansı gələcək hərbi əməliyyat Konqresin təsdiqindən keçməlidir. Bu, icra hakimiyyətinin hərbi qərarlar sahəsindəki müstəsna səlahiyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.

CBS telekanalının qeyd edib ki, bu, yalnız ilk addımdır. Hətta hər iki palatanın, Senat və Nümayəndələr Palatasının sənədi qəbul etməsi halında belə, ABŞ prezidentinin ona veto qoyacağı gözlənilir. Belə bir ssenari reallaşarsa, qanun layihəsi qüvvəyə minmək üçün hər iki palatada üçdə iki səs çoxluğuna ehtiyac duyacaq.

Poliqon.info

Chosen
21
poliqon.info

1Sources