EN

“Rabitəbank” ASC açıq tender elan edir


“Rabitəbank” ASC açıq tender elan edir.
Tenderin adı: “12 ədəd Diebold Nixdorf Cash Recycler ATM-larında QR kod vasitəsilə nağd pul çıxarılması xidmətinin tətbiqi”
Tenderin elan tarixi: 20.05.2026
Tenderin son tarixi:   29.05.2026, saat 17:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
– İştirakçı şirkətin bu sahədə ən azi 2 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
– İşin icra müddəti qeyd edilməsi mütləqdir
– Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi


Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
– Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
– Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
– Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
– Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
– Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)
– Şirkətin son 1 ildəki vergi borcunun  olmaması haqqında rəsmi arayış (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)


Texniki tapşırıqla tanış olmaq üçün linkə keçid edə bilərsiniz: https://rbt.az/tender-qr

Təkliflərin qəbul edilməsi:
– Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək Bakı şəh., AZ 1014, Füzuliküç. 71 ünvanına göndərilməlidir.
– Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.
Chosen
24
10
yeniavaz.com

10Sources