EN

Azəriqaz ın baş direktoru bu tarixdə vətəndaşları qəbul edəcək

ain.az bildirir, Unikal.az portalına istinadən.

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu 22 may saat 11:00-da Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində baş tutacaq.

"Azəriqaz" İB-dən "Unikal"a bildirilib ki, görüş zamanı Ağstafa, Qazax və Tovuz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Şəmkir Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 77 11; (050) 845 77 00) müraciət edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
8
unikal.az

10Sources