EN

Ukrayna Rusiyada böyük kimya zavodunu VURDU

Ajans.az xəbər verir ki, Stavropol diyarının Nevinnomıssk şəhərində sənaye zonasında partlayış və yanğın qeydə alınıb. Vilayət qubernatoru Vladimir Vladimirov hadisə nəticəsində insan tələfatı və ciddi zərərin olmadığını bildirib. Lakin sosial şəbəkələrdə yayılan görüntülərdə ərazidə yanğın müşahidə edilib. Məlumata görə, hücuma məruz qalan obyektlərdən biri “Azot” kimya zavodudur. Zavodun daha əvvəl də bir neçə dəfə hücuma məruz qaldığı bildirilir. Eyni gecə dron hücumları Nijni Novqorod vilayətinin Kstovo şəhərində də qeydə alınıb. Yerli hakimiyyət orqanları rəsmi açıqlama verməsə də, sosial mediada sənaye müəssisəsində yanğın və dronların uçuşu ilə bağlı görüntülər yayılıb. Məlumatlara əsasən, hədəflərdən biri “Lukoil” şirkətinə məxsus “Nijeqorodnefteorgsintez” neft emalı zavodu olub. Bu müəssisə Rusiyanın ən iri neft emalı zavodlarından sayılır və böyük həcmdə benzin, dizel və digər neft məhsullarının istehsalını həyata keçirir.

Hadisələrlə bağlı rəsmi təsdiqlənmiş geniş zərər və ya itkilər barədə məlumat hələlik açıqlanmayıb.

Chosen
22
1
Ajans.az

3Sources