EN

Prezidentin xüsusi nümayəndəsi: Qarabağın investisiya potensialı böyükdür

BAKI, 20 may. TELEQRAF

İşğaldan azad olunmuşu ərazilər investisiya üçün böyük potensiala malikdir və bu imkanlardan daha səmərəli istifadə etmək mümkündür.

Teleqraf xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev WUF13 çərçivəsində keçirilən “Şəhər Dəyər Zənciri Fəaliyyətdə: Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələrinin Təqdim Edilməsi” mövzusunda tədbirdəki çıxışında bildirib.

O qeyd edib ki, məskunlaşma iqtisadi inkişaf olmadan və məşğulluq imkanları yaradılmadan mümkün deyil:

“Dayanıqlı məskunlaşmanın əsas şərtlərindən biri güclü iqtisadi bazadır.

Azad edilmiş ərazilərdə iqtisadi fəaliyyəti dəstəkləmək üçün Azərbaycan xüsusi iqtisadi stimullar tətbiq edib. Buraya vergi və gömrük güzəştləri, güzəştli maliyyə mexanizmləri və investorlar və sahibkarlar üçün sadələşdirilmiş şərtlər daxildir”.

Chosen
36
1
teleqraf.com

2Sources