EN

Azərbaycanda dəhşətli qətl baş verdi

Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib.

1992-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi avtomobillə boşanma ərəfəsində olduğu həyat yoldaşı, 2003-cü il təvəllüdlü Sevinc Məmmədovanın sürdüyü maşına qəsdən çırpılıb.

Daha sonra o, avtomobildən düşərək Sevinc Məmmədovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisə zamanı avtomobildə olan Sevinc Məmmədovanın ögey anası, Ukrayna vətəndaşı, 1974-cü il təvəllüdlü Natalya Xudenka da həyatını itirib.

Məlumata görə, hadisəni törədən Rövşən Məmmədov daha sonra özünə qəsd edib.

Faktla bağlı araşdırma aparılır.  (Bakupost)

Chosen
19
5
musavat.com

6Sources