EN

Azərbaycan nefti 117,3 dollara satılır -BİRJALARDA SON VƏZİYYƏT

Dünya birjalarında neftin qiyməti azalıb.

 

Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,17 dollar azalaraq 110,11 dollar olub. 

 

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,15 dollar azalaraq 103 dollar təşkil edib.

 

Dünya bazarında Azərbaycan nefti də ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,86 dollar və ya 0,73 faiz azalaraq 117,3 dollar olub.

 

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Chosen
11
15
senzor.az

10Sources