Bakı, 20 may, AZƏRTAC
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin mayın 22-də Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulun tarixi barədə əlavə məlumat veriləcək.
Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.