EN

Bakı Tbilisi Bakı sərnişin qatarlarına biletlərin qiyməti niyə açıqlanmır?

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb.

Məlumata görə, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da hərəkət edərək növbəti gün saat 06:24-də Bakıya çatacaq.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlar Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq.

Yəni pandemiyadan əvvəl olduğu kimi, marşrut əvvəlki qaydada bərpa olunur. Maraq doğuran əsas məsələ isə biletlərin qiymətidir. Azərbaycan Dəmir Yolları – ADY hələlik bu barədə rəsmi açıqlama verməyib.

Bununla belə, müxtəlif iddialara görə, Bakı–Tbilisi qatarına biletlərin 80–100 manatdan başlayacağı ilə bağlı məlumatlar ictimaiyyətə ötürülür. Əgər açıq kupe üçün qiymətlər bu civarda olacaqsa, ehtimal etmək olar ki, 4 nəfərlik kupe biletləri 120–150, 2 nəfərlik kupe isə 180–200 manat arasında dəyişəcək.

Bu halda qatarla təyyarə arasında ciddi qiymət fərqi qalmır. Üstəlik, sərnişinlər Gürcüstan tərəfinin tələb etdiyi səyahət sığortası üçün əlavə xərc də çəkməli olurlar. Bu da təxminən 60 manat təşkil edir.

Nəticədə səfər xərcləri bir çox insan üçün əlçatmaz ola bilər. Halbuki Gürcüstanla əlaqəsi olan azərbaycanlıların və orada yaşayan soydaşlarımızın əksəriyyəti bu marşrutdan turistik məqsədlərlə deyil, ailə və qohumluq əlaqələri səbəbilə istifadə edir.

Bu səbəbdən qiymətlər müəyyən edilərkən sosial amillər də nəzərə alınmalıdır. Hesab edirəm ki, ən bahalı biletin qiyməti 100 manatı keçməməlidir.

Zülfüqar Xeyirxəbərov

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
38
icma.az

1Sources