EN

Vitse prezident Vensdən İran açıqlaması: Ya razılaşma, ya da müharibə

ain.az bildirir, Olke.az portalına istinadən.

ABŞ İranla ancaq nüvə silahına sahib olmayacağı barədə saziş imzalayacaq.

Ölkə.az  xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti C.D. Vens  İrnala danışıqları şərh edərkən deyib.

Müharibənin uzun sürməyəcəyi mesajını verən Vens deyib ki, bu, əbədi davam edəcək bir müharibə deyil. “Biz öz missiyamızı yerinə yetirib evə gedəcəyik. Bu, Prezidentin vədi idi və biz də məhz bunu edəcəyik", - vitse-prezident vurğulayıb.

Vitse-prezident C.D. Vens bildirib ki, danışıqların nəticəsi olaraq ya Tehranla nüvə silahına sahib olmayacağına zəmanət verən bir razılığa gələcəyik, ya da hücumlara başlayacağıq.

"Ya prezidentin seçimi olmayan müharibəni yenidən başladacağıq, ya da razılığa gələcəyik. Diqqətimiz budur və bunun üzərində işləməyə davam edəcəyik. 

Biz təkcə nüvə silahına sahib olmamaq öhdəliyini deyil, həm də iranlıların illər sonra bu nüvə potensialını yenidən qurmamasını təmin edəcək bir proses üzərində işləmək öhdəliyini görmək istəyirik. Danışıqlarda nail olmağa çalışdığımız məqsəd budur", - o qeyd edib

İranlıların razılığa gəlib-gəlməyəcəyi ilə bağlı suala cavab olaraq ABŞ vitse-prezidenti deyib: "Mən bunu haradan bilə bilərəm?" 

O, həmçinin İranın çox mürəkkəb bir ölkə olduğunu bildirib və hətta özünün də bunu tam başa düşdüyünü iddia edə bilməyəcəyini əlavə edib.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
olke.az

2Sources