EN

İranda rejim dəyişikliyi planı - Görün ABŞ bunu kimin vasitəsilə etmək istəyirmiş

ABŞ və İsrailin İranda hakimiyyəti dəyişmək üçün gizli plan hazırladığı iddia olunur.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

İddiaya görə, müharibənin ilk günlərində İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı təşkil olunan hücumdan sonra ölkə rəhbərliyinin “içəridən bir fiqur” vasitəsilə dəyişdirilməsi planı müzakirə olunub.

Planın İsrail tərəfindən hazırlandığı, ABŞ administrasiyasının isə buna dəstək verdiyi bildirilir. Məlumata görə, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad mümkün yeni rəhbərlik üçün nəzərdən keçirilən əsas fiqurlardan biri olub. Lakin onun Tehrandakı evinə təşkil edilən hava hücumunda yaralanması planı pozub.

Nəşr yazır ki, hücumdan sonra Əhmədinejad ictimaiyyət qarşısına çıxmayıb və onun harada olduğu bilinmir.

Chosen
7
publika.az

1Sources