EN

WUF13  qlobal çağırışlara birgə həll yollarının tapılmasına xidmət edir- ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanıurbanizasiya prosesində balanslı yanaşmanın vacibliyinə də diqqət çəkdi. O bildirdi ki, şəhərlərin inkişafı zamanı həm cəsarətli, həm də ehtiyatlı qərarlar qəbul edilməlidir. Prezident bu fikri Bakı şəhərində keçirilən Formula-1 yarışları ilə müqayisə edərək urbanizasiya və şəhər idarəçiliyində strateji baxışın əhəmiyyətini ön plana çıxardı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Prezident İlham Əliyev WUF çərçivəsində beynəlxalq əməkdaşlığın vacibliyini xüsusi qeyd edərək bildirdi ki, belə platformalar ölkələr arasında təcrübə mübadiləsinə, müsbət nümunələrin öyrənilməsinə və qlobal çağırışlara birgə həll yollarının tapılmasına xidmət edir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycanın yalnız regional deyil, həm də qlobal miqyasda mühüm dialoq platformasına çevrildiyini nümayiş etdirir. COP29-dan sonra WUF13 kimi nüfuzlu tədbirin Azərbaycanda təşkil olunması ölkənin beynəlxalq siyasi və humanitar gündəmdə artan rolunun göstəricisi hesab olunur. Nəticə etibarilə, WUF13 Azərbaycanın dayanıqlı inkişaf, müasir şəhərsalma, postmünaqişə bərpası və beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlərin dünyaya təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin açılış mərasimində səsləndirdiyi tezislər isə Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini və ölkənin qlobal urbanizasiya proseslərində fəal iştirakını əks etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
41
olaylar.az

1Sources