EN

Bu yolla hərəkət edən sürücülərin diqqətinə: qırmızı işıqda dayanmayın VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paytaxtın bəzi küçə və prospektlərində yol nişanları və svetoforların yerləşməsi sürücülərdə çaşqınlıq yaradır. Belə hallardan biri ilə bağlı videogörüntü redaksiyamızın qaynar xəttinə göndərilib. Avtosfer.az xəbər verir ki, söhbət Tbilisi prospekti ilə Şəfaət Mehdiyev küçəsinin kəsişməsindən gedir.

Belə ki, Tbilisi prospektindən sağa dönən sürücülər üçün yaşıl işıq yansa da, dönmə zamanı sol tərəfdən gələn avtomobillər üçün quraşdırılmış dublikat svetoforda qırmızı işığın yanması bəzi sürücüləri çaşdırır. Nəticədə onlar hərəkəti davam etdirmək əvəzinə dayanaraq gözləyirlər. Bu isə həm arxadan gələn nəqliyyat vasitələri üçün təhlükə yaradır, həm də nəqliyyat axınının ləngiməsinə səbəb olur.

Qeyd edək ki, həmin istiqamətdə sağa dönən sürücülər dublikat svetoforda qırmızı işıq yansa belə hərəkəti davam etdirməlidirlər. Orada dayanmağa ehtiyac yoxdur və buna görə sürücülər məsuliyyətə cəlb edilə bilməzlər.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
avtosfer.az

1Sources