EN

Deputat: "Rusiya iqtisadiyyatı müharibəyə tab gətirmir"

Yazını böyüt
Yazını kiçilt

Rusiya Parlamentinin aşağı palatası olan Dövlət Dumasının üzvü Renat Süleymanov Rusiya iqtisadiyyatının artıq Ukrayna ilə müharibəyə tab gətirə bilməyəcəyini bildirib.

Hafta.az yazır ki, Rusiyanın təbliğat media orqanı olan "Kontinent Sibir"ə danışan Süleymanov jurnalistin Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının dayandırılmasının Rusiya iqtisadiyyatına necə təsir edəcəyi ilə bağlı sualına cavab olaraq Ukrayna-Rusiya müharibəsinin "daha tez" bitməli olduğunu bildirib.

Süleymanov müdafiə və təhlükəsizlik xərclərinin ümumi büdcənin 40 faizini təşkil etdiyini bildirib və əlavə edib ki, "Rusiya iqtisadiyyatı bu "xüsusi hərbi əməliyyatın" uzun müddət davam etməsinə tab gətirə bilməz və bu, mümkün qədər tez başa çatmalıdır".

Süleymanov hərbi xərclərin inflyasiyanın artmasına, sosial xərclərin və investisiyaların azalmasına səbəb olduğunu qiymətləndirib.

Süleymanov Rusiyanın müharibədən sonra belə müxtəlif problemlərlə üzləşməli olacağını bildirərək deyib: "Müdafiə sənayesində çalışanların aqibəti necə olacaq? Hazırda silah altında olanların aqibəti necə olacaq? Bir milyon insan mülki həyata qayıdacaq. İş yerləri, əməkhaqqı və sosial birlik necə olacaq? Problemlər azalmayacaq".

Chosen
11
hafta.az

1Sources