EN

Karapetyanın qardaşı oğluna cinayət işi açıldı

Ermənistan İstintaq Komitəsi "Güclü Ermənistan" blokundan deputatlığa namizəd Narek Karapetyana qarşı cinayət işinin açıldığını elan edib.

Musavat.com xəbər verir ki, o, vəzifəli şəxs statusunun əldə edilməsinə mane olan məlumatları gizlətməkdə ittiham olunur.

İstintaqın versiyasına görə, N.K. yalan məlumat verməyə görə məsuliyyət daşıdığı barədə xəbərdar edilsə də, Miqrasiya və Vətəndaşlıq Xidmətinə xarici ölkə vatandaşı olmadığına dair ərizə təqdim edib. Bununla da o, Rusiya Federasiyası vətəndaşlığına sahib olması və ya keçmişdə bu vətəndaşlığın mövcudluğu faktını gizlədib.

Narek Karapetyan isə öz növbəsində Rusiya vatandaşı olmadığını və Ermənistan vətəndaşlığından başqa heç bir ölkənin pasportunu daşımadığını bəyan edir.

Musavat.com

Chosen
13
musavat.com

1Sources