Şəhərlər qarşılıqlı əlaqəli risklərlə üzləşir və kompleks idarəetmə siyasəti tələb edir.
"Far.Az"un məlumatına görə, bunu ESCAP-ın (BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası) Ətraf Mühit və İnkişaf Şöbəsinin iqtisadi məsələlər üzrə əməkdaşı Sancivani D. Sinqh Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində panel müzakirəsində çıxış edərkən bildirib.
"Şəhərlər bu gün bir-biri ilə əlaqəli risklərlə üzləşirlər, o cümlədən iqlim təhdidləri, infrastruktura yük, qeyri-rəsmi yaşayış məntəqələrinin problemləri, mənzil sektorunun həssaslığı və institusional parçalanma. Bu çağırışlar getdikcə daha çox sistemli xarakter alır, kompleks siyasət və inteqrasiya olunmuş idarəetmə tələb edir", - o deyib.