EN

Qızıl ilin əvvəlindən 1000 dollar dəyər itirib

BAKI, 20 may. TELEQRAF

Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti 4459 dollara düşüb.

Teleqraf xəbər verir ki, qızıl əvvəlki ticarət əməliyyatları ilə müqayisədə 30 dollar ucuzlaşıb.

Nəzərə alsaq ki, yanvarda qızıl 5600 dollardan realizə edilirdi, ötən müddətdə qiymətli metal 1000 dollardan çox dəyər itirib. Proses yerli bazarda qızılın qramının alış qiymətinin 170 manatdan 130 manata düşməsinə səbəb olub.

Gümüşdə də itkilər davam edib. Amma bu proses cüzi olub. COMEX əmtəə birjasında gümüşün unsiya üzrə fyuçersləri ucuzlaşaraq ötən günki 76,187 ABŞ dollarından 73,5 dollara düşüb.

Chosen
2
1
teleqraf.com

2Sources