EN

Universitetlərdə distant təhsil modelinə KEÇİLİR?

Azərbaycanda təhsilin ənənəvi forması ilə müqayisədə distant  forması zəif inkişaf edib. Lakin günümüzdə bir çox  ölkələrdə distant və hibrid təhsil formasının tətbiqi geniş yayılıb. Bu həm vaxt, həm maddi, həm də rahatlıq baxımından tələbələr üçün sərfəlidir.  Ölkəmizdə də bəzi tələbələrin təhsillə bağlı istəklərindən biri könüllülük əsasında  distant təhsilinin təşkilidir. 

Maraqlıdır, Azərbaycan təhsil sistemində buna imkan varmı?

Bizim.Media-ya açıqlamasında təhsil eksperti, dosent İlham Əhmədov bildirib ki, bu sistemə keçid üçün ilk növbədə universitet onlayn təhsilə hazır olmalıdır: 

“Distant təhsil  fövqəladə hallarda təhsilin davamlılığını təmin edir, həyatboyu öyrənmə  modelini inkişaf etdirir. Tələbənin onlayn təhsilə keçməsi üçün universitetin özü onlayn təhsilə hazır olmalıdır. Hələlik heç bir universitetimiz onlayn təhsilə hazır deyil. Nisbətən, UNEC-də  bu proses aparılır. 

Normal distant təhsilin olması üçün  Elm və Təhsil Nazirliyi zəruri  normativ sənədlər hazırlamalıdır. Universiteti akkreditasiya etdikdə ona  icazə verməlidir ki, distant formada təhsil  təşkil etsin. Bunların isə heç biri  normativ olaraq  bizdə yoxdur.  Yəni, distant təhsilə nə  ETN, nə   universitetlər, nə də  tələbələrimiz hazırdır. 25 ilin  ərzində nazirlik bütün bu işləri görə bilərdi, digər ölkələr kimi…    Təəssüf ki, bu vaxt boşuna itirilib”.

Ekspert qeyd edib ki, əslində pandemiya dövründə də distant təhsilin təşkili çoxsaylı problemlərlə müşayiət edilmişdi:

“Ona görə də cəmiyyətdə distant təhsilə münasibət çox da yaxşı deyil. Amma beynəlxalq təcrübədə bu təhsil texnologiyası çox populyardı”. 

Naibə Məmmədova, Bizim.Media

Chosen
84
1
bizim.media

2Sources