EN

İsrail Qəzzaya yardım dəhlizi yaratmaq istəyən Sumud donanmasını ələ keçirib

İsrail hakimiyyəti Qəzza zolağı sahillərinə gedən Sumud donanmasının bütün gəmilərinin ələ keçirildiyini elan edib.

Musavat.com İsrail Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, ümumilikdə 430 Fələstin tərəfdarı fəal saxlanılıb:

"Daha bir PR donanması fəaliyyətini dayandırıb. Bütün 430 fəal İsrail gəmilərinə köçürülüb və konsulluq nümayəndələri ilə görüşə biləcəkləri İsrailə gedirlər".

İsrail tərəfinin sözlərinə görə, "bu donanma bir daha HƏMAS-ın maraqlarına uyğun bir PR hərəkətindən başqa bir şey olmadığını sübut etdi".

İsrail Xarici İşlər Nazirliyi iddia edir ki, "İsrail beynəlxalq hüquqa tam uyğun hərəkət etməyə davam edəcək və Qəzza zolağının qanuni dəniz blokadasının pozulmasına icazə verməyəcək".

Qeyd edək ki, "Qlobal Sumud Donanması"nın hazırkı əməliyyatı aprel ayında, gəmiləri İspaniya, İtaliya və Fransa limanlarından yola düşəndə başlayıb.

Daha sonra onlara Türkiyədən yola düşən gəmilər qoşulub. İştirakçılar məqsədlərinin İsrailin Qəzzaya qarşı dəniz blokadasını pozmaq və daimi humanitar dəniz dəhlizi yaratmaq olduğunu bildiriblər. 18 mayda İsrailin Ynet xəbər agentliyi İsrail Müdafiə Qüvvələrinin beynəlxalq sularda İsrail sahillərindən yüzlərlə kilometr aralıda donanmanın gəmilərini saxlamağa başladığını bildirib. Fəalların xüsusi üzən həbsxanaya köçürülməsi və daha sonra İsrailin Aşdod limanına daşınması planlaşdırılırdı.

Musavat.com

 

Chosen
55
musavat.com

1Sources