ABŞ Senatı prosedur səsverməsində Birləşmiş Ştatlar administrasiyasına İrana qarşı hərbi əməliyyatlara son qoymağı əmr edən qətnaməni dəstəkləyib.
"Far.Az"un məlumatına görə, iclas C-SPAN tərəfindən yayımlanıb.
Qətnamənin lehinə 50 senator səs verib, 47 nəfər sənədə qarşı çıxıb. Təşəbbüsü Demokratlar Partiyası, eləcə də bir neçə respublikaçı - Rend Pol, Lisa Murkovski, Syuzan Kollins və Bill Kessidi dəstəkləyib. Demokratlardan biri - Con Fetterman qətnamənin əleyhinə səs verib.