Vaşinqton bahalı raketləri ucuz pilotsuz aparatlarla mübarizədə sürətlə tükəndirir...
Poliqon xəbər verir ki, İranla müharibə ABŞ-nin hərbi-sənaye bazasının silah ehtiyatlarını sürətlə bərpa edə bilmədiyini açıqca ortaya qoyub. New York Times nəşrinin məlumatına görə, ABŞ artıq 1200-dən çox Patriot interceptor raketi xərcləyib. Hər birinin dəyəri təxminən 4 milyon dollar olan bu raketlərin istehsalı 36 ayа qədər vaxt tələb edir.
Problem xüsusilə İranın hər biri təxminən 35 min dollara başa gələn ucuz Shahed pilotsuz aparatlarının tətbiqi fonunda daha aydın görünür. Tehran bu dronları ayda yüzlərlə ədəd istehsal etmək imkanına malikdir. ABŞ-nin keçmiş müdafiə naziri Robert Qeyts bildirib ki, Pentaqona bahalı "ideal" həllər deyil, sürətlə istehsal edilə bilən daha sadə və ucuz sistemlər lazımdır.
Müdafiə naziri Pit Heqset təchizat islahatını sürətləndirməyə və sursat istehsalını genişləndirməyə çalışır. Eyni zamanda o, müasir tarixtə ABŞ-nin ən böyük hərbi büdcəsini — təxminən 1,5 trilyon dolları — irəli sürür. Onun komandası kommersiya texnologiyalarına, yeni təchizatçılara və sursat istehsalını üç-dörd dəfə artırmalı olan çoxillik müqavilələrə mərc edir.
Poliqon.info