EN

"Sauthempton" pley-offdan qovuldu

Müstəqil İntizam Komissiyası "Sauthempton" klubunun Çempionşip reqlamentinin çoxsaylı pozuntularını etiraf etməsindən sonra komandanı turnirin pley-off mərhələsindən kənarlaşdırıb.

Moderator.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ İngiltÉ™rÉ™ Futbol Liqasının "X" sosial ÅŸÉ™bÉ™kÉ™sindÉ™ki rÉ™smi hesabında mÉ™lumat yayımlanıb.

Bir müddət əvvəl klub ilk yarımfinal oyunu ərəfəsində rəqibi "Midlsbro"nun məşq prosesini casusluq yolu ilə izləməkdə ittiham olunmuşdu.

Xatırladaq ki, iki oyunun nəticəsinə əsasən "Sauthempton" "Midlsbro" üzərində qələbə qazanmışdı (0:0, 2:1). Lakin qəbul edilən qərardan sonra pley-off finalında "Hall Siti"yə qarşı "Midlsbro" mübarizə aparacaq.

Bundan əlavə, "Sauthempton" növbəti Çempionşip mövsümünə əlavə olaraq dörd xal silinməsi cəzası ilə başlayacaq.

Chosen
24
moderator.az

1Sources