Dietoloq Yelizaveta Afinskaya maqnezium çatışmazlığını dərman qəbul etmədən aradan qaldırmağa kömək edən məhsulları açıqlayıb.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu barədə “Telegram” kanalında paylaşım edib.
Onun sözlərinə görə, maqnezium çatışmazlığı xüsusilə stress fonunda yaranır. Çünki bu zaman orqanizmin həmin mikroelementə ehtiyacı artır.
Dietoloq bildirib ki, belə hallarda dərhal həblərə müraciət etmək əvəzinə, ilk növbədə qidalanmanı düzəltmək lazımdır.
Afinskayanın sözlərinə görə, maqneziumun təbii mənbələri arasında balqabaq və günəbaxan tumu, yulaf əzməsi, ispanaq, paxlalılar və tünd şokolad yer alır.
Mütəxəssis qeyd edib ki, bu məhsulları gündəlik menyuya əlavə etmək olduqca asandır. Onları sıyıqlarda, salatlarda və ya ara yeməklərində istifadə etməklə sinir sistemini və yuxunu dəstəkləmək mümkündür.
Aytəkin TOFİQQIZI