EN

İsrailin Livanın cənubunda endirdiyi hava zərbəsində 4 nəfər həlak olub, 10-dan çox yaralı var

BAKI,TurkicWorld Yusif Şərifzadə

Livanın Milli Xəbər Agentliyinin (NNA) məlumatına görə, Livanın cənubundakı Deyr Qanun əl-Nahr bölgəsinə endirilən İsrail hava zərbəsindən sonra 4 nəfərin cəsədi tapılıb.

TurkicWorld xəbər verir ki, Teyr şəhərində baş verən hücumda 10-dan çox insan yaralanıb, onların arasında qadınlar və uşaqlar da var.

Xilasedici qruplar dağıntılar altında qalanları axtarmağa davam edir, eyni zamanda dağıntıların təmizlənməsi işləri də aparılır.

Chosen
35
turkic.world

1Sources