EN

Avrasiya İttifaqı Ermənistanın statusunu müzakirə edəcək

Avrasiya İqtisadi Birliyinin (AİB) dövlət başçıları 29 mayda Astanada keçiriləcək Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın statusunu müzakirə edəcəklər.

Azpost.info-nun məlumatına görə, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a verdiyi müsahibədə bildirib.

“Orada Ermənistanın Avrasiya İqtisadi Birliyindəki statusu ilə bağlı müzakirə olacaq. Məsələ çox mürəkkəbdir. Biz Ermənistanın AİB-dən çıxmasını istəmirik. biz Ermənistanın çiçəklənməsini davam etdirməsini istəyirik, amma biz qoşulma və ya Aİ ilə yaxınlaşma halında yaranacaq problemləri görürük. Əslində, onlar artıq ortaya çıxır”, – deyə o bildirib.

Overçuk qeyd edib ki, Ermənistanın AİB-də iştirakının 11 ili ərzində ölkədə həyat səviyyəsi və ÜDM artıb. “Bütün bunlar əsasən AİB-ə üzvlüyün təmin etdiyi iqtisadi üstünlüklər sayəsində baş verir. Ermənistan üçün bunları heç kim əvəz edə bilməz”, – o bildirib.

AzPost.az

Chosen
27
1
azpost.info

2Sources