EN

Neymarla bağlı yekun qərar sevinclə qarşılandı

Nəhayət, Neymarın dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab tapılıb.

"Football-plus.az" xəbər verir ki, Braziliya Futbol Konfederasiyası DÇ-2026 üçün milli komandanın 26 nəfərlik yekun heyətini açıqlayıb. Heyətə “Santos”un hücumçusu Neymar da daxil edilib. 34 yaşlı futbolçunun mundiala aparılacağı sual altında idi.

Neymarın milliyə çağırılmasını canlı yayımda baş məşqçi Karlo Ançelotti elan edib. Bunu eşidən azarkeşlər sevinclərini gizlədə bilməyiblər.
Ançelotti mətbuat konfransında Neymarın milli komandaya dəvət edilməsi barədə suala belə cavab verib:

“O, dünya çempionatında bizim üçün vacib oyunçu olacaq. Biz ilboyu onun oyununu izlədik. Belə qənaətə gəldik ki, son vaxtlar Neymarın çıxışlarında sabitlik yaranıb və o, yaxşı fiziki formadadı”.
Chosen
35
1
football-plus.az

2Sources