EN

Tramp İranı böyük zərbə ilə hədələdi - VİDEO

ABŞ İrana böyük bir zərbə endirə bilər.

Bizim.Media xəbər verir ki, "Clash Report"un məlumatına görə bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
 

"Ümid edirəm ki, bunu etmək məcburiyyətində qalmarıq, lakin bəlkə də onlara (İrana-red.) daha bir zərbə endirməli olacağıq. Ola bilsin ki, onlara yenidən hücum etmək məcburiyyətində qalaq", — deyə o bildirib.


Ağ Ev rəhbərinin sözlərinə görə, əgər İrana qarşı hücumun bərpasını təxirə salmaq qərarına gəlməsəydi, ABŞ artıq hazırda İslam Respublikasına zərbələr endirirdi.

Qeyd edək ki, mayın 18-də Tramp çərşənbə axşamı günü (19 may-red.) İrana hərbi hücum etməyi planlaşdırdığını bəyan etmişdi. Lakin Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə mümkün sülh sazişinə nail olmaq naminə bu addımı təxirə saldığını bildirmişdi.
 

 

 

Bizim.Media

 

Chosen
15
1
bizim.media

10Sources