EN

Heyvan sahiblərinin NƏZƏRİNƏ: İsti havalarda onları qırxmaq olmaz

Ev heyvanları sahiblərinə isti havada ev heyvanlarını qırxmamaları xatırladılır.

İnterpress.az xəbər verir ki, bu barədə mütəxəssislər məlumat verib.

Mütəxəssislər ev heyvanı sahiblərinə xatırladıblar ki, isti havalarda ev heyvanlarını qırxmaq yolverilməzdir.

Belə ki, onların tükləri termorequlyator funksiyasını yerinə yetirir, heyvanı həm həddindən artıq qızmadan, həm də soyuqlamadan qoruyur.

Bu cür havada heyvanların küçədə uzun müddət qalmasının qarşısını almaq lazımdır.

Həmçinin, uzunmüddətli səfərlər zamanı heyvanı havasız otaqda və ya park edilmiş avtomobildə tək buraxmaq tövsiyə edilmir.

Heyvanların sağlamlığını qorumaq üçün onlara hər zaman təmiz və sərin suyun verilməsi də vacibdir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
32
interpress.az

1Sources