EN

Anar Quliyev WUF13 ün nə ilə yekunlaşacağını AÇIQLADI

Bizim media saytına istinadən ain.az xəbər verir.

WUF13 “Bakı Fəaliyyət Çağırışı” ilə yekunlaşacaq.Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13 cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

 

O qeyd edib ki, bu sənəd mənzil, dayanıqlı urban inkişafı üzrə gələcək istiqamətləri müəyyən edəcək.

Anar Quliyev Azərbaycanda yenidənqurma sahəsində aparılan işlərdən də danışıb: “Bu sahədə Qarabağ və Şərqi Zəngəzurun bərpası xüsusi əhəmiyyət daşıyır. Uzun illər işğal və dağıntılardan sonra biz sadəcə əvvəlkini bərpa etmirik, “build back better” prinsipi ilə tamamilə yeni şəhərlər və kəndlər qururuq. Bu model “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji”, insan mərkəzli dizayn prinsiplərinə əsaslanır. İqlim və “yaşıl tikinti” sahəsində isə beynəlxalq maliyyə institutları ilə birlikdə Azərbaycanın “yaşıl tikinti” yol xəritəsini hazırlayırıq”.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
7
bizim.media

8Sources