EN

Uşaqları ilə birgə yaşayan qadın məhkumlarla görüş olub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 19 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən cəzaçəkmə müəssisələrində aparılan sosial reabilitasiya tədbirləri davam etdirilir.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə agentlik arasında imzalanmış birgə tədbirlər planına əsasən və “İnsan Hüquqları Aylığı” çərçivəsində 4 saylı cəzaçəkmə müəssisəsində üç yaşınadək uşaqları ilə birlikdə yaşayan məhkum qadınlarla görüş keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşün məqsədi azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyası və sosial adaptasiyası olub.

Tədbirdə agentliyin əməkdaşları üç yaşınadək uşağı olan məhkum qadınların sosial adaptasiyası mövzusunda çıxış edib, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər barədə məlumatlar veriblər.

Görüşün yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
azertag.az

2Sources