EN

Həm Premyer Liqa, həm futbolçuları ilə sağollaşa bilər

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

Həm Premyer Liqa, həm futbolçuları ilə sağollaşa bilər

“Vest Hem” Premyer Liqadan düşəcəyi təqdirdə futbolçuları ilə sağollaşa bilər.

QOL.az xəbər verir ki, London klubu ötən mövsüm 104.2 milyon funt sterlinq zərər etdiyini açıqlayıb.

“The Guardian”ın məlumatına görə, “Vest Hem” Çempionşipə yuvarlanarsa, maliyyə feyr-pley qaydalarını pozmamaq üçün yayda 100 milyon funt sterlinqdən çox dəyərdə oyunçu satmağa məcbur qalacaq.

Qeyd edək ki, Mateuş Fernandes, Jarrod Bouen və Krisensio Sammervillin əsas namizədlər arasında olduğu bildirilir. Bir sıra digər futbolçuların da komandadan ayrılması gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
2
qol.az

3Sources