EN

Gürcüstan Danimarkada etiraz aksiyasının sərt dağıdılması ilə bağlı Aİ-dən izahat tələb edib

Tbilisi Brüsseli Kopenhagendə dinc nümayişçilərə qarşı zorakılığa münasibət bildirməyə çağırıb...

Poliqon xəbər verir ki, Gürcüstanın baş naziri İrakliy Kobaxidze Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə, Avropa Şurasının başçısı Antonio Koştaya və Avropa Parlamentinin sədri Roberta Metsolaya məktub ünvanlayıb. Tbilisi Brüsseldən Danimarkanın paytaxtı Kopenhagendə keçirilən etiraz aksiyasının sərt dağıdılması ilə bağlı izahat tələb edir.

Söhbət mayın 14-də Danimarkanın Maersk şirkətinin ofisi qarşısında baş verən hadisələrdən gedir. Aksiya iştirakçıları şirkəti İsrailə silah tədarükündə ittiham edirdilər. Gürcüstan hökumətinin başçısı brifinqdə Aİ-nin yüksək səviyyəli nümayəndələrinə birbaşa müraciət edib.

"Xanım Ursula, cənab Antonio, xanım Roberta, mən sizə Aİ-nin ali institutlarının nümayəndələri kimi sual ünvanlayıram: Danimarkanın paytaxtı Kopenhagendə dinc nümayişçilərə əvvəlcə copdurulub, sonra üstlərinə it buraxıldığı o zorakılığı necə qiymətləndirirsiniz?", deyə Kobaxidze brifinqdə bildirib.

Gürcüstan rəhbərinin bu addımı xüsusilə diqqət çəkir. Belə ki, Tbilisi son illərdə Aİ ilə münasibətlərinin gərginləşdiyi bir dövrdə Brüsseli öz standartlarına əməl etməyə çağırmaqla ikili meyarların olduğunu üzə çıxarmağa çalışır.

Poliqon.info

Chosen
22
poliqon.info

1Sources