EN

10 il ərzində həyatımızdan çıxacaq 12 qida məhsulu

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hamımız nəsli tükənmək təhlükəsi altında olan heyvanlar və bitkilər haqqında eşitmişik. Bəs hər gün sevərək istehlak etdiyimiz bəzi qidaların da yox olmaq riski ilə üzləşdiyini bilirdinizmi?Demokrat.az xəbər verir ki, şokoladdan kartof çipsinə, şərabdan səhər yeməyi məhsullarına qədər bir çox məşhur və gündəlik qida məhsulu iqlim dəyişikliyi və qlobal istiləşmə səbəbindən yaxın gələcəkdə həyatımızdan tamamilə çıxa bilər.KartofDüyü və buğdadan sonra dünyada ən vacib üçüncü qida mənbəyi hesab olunur. Hava temperaturunun dəyişməsi kartof istehsalına mənfi təsir göstərir. Bu isə gələcəkdə çips və kartof qızartması olmadan yaşamağa hazır olmağın lazım gələ biləcəyini göstərir.Çörək və buğdaBuğda ümumilikdə ciddi iqlim dəyişikliklərinə qarşı olduqca həssasdır. Ən çox istifadə edilən karbohidrat mənbələrindən biri olan çörəyin gələcəkdə daha az əlçatan olacağı ehtimal edilir.DüyüBir çox mədəniyyət və dünya mətbəxinin əsas məhsullarından olan düyü istehsalının dəyişən iqlim şəraiti və su çatışmazlığı səbəbindən əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.QarğıdalıQlobal temperaturun cəmi 1 dərəcə artması belə qarğıdalının böyümə sürətini 7 faiz azaldır. İqlim dəyişikliyi artıq qarğıdalı istehsalına təsir göstərməyə başlayıb və dünya üzrə istehsal təxminən 4 faiz azalıb.ŞokoladMütəxəssislərin fikrincə, bu məhsulla bağlı ciddi risklər qarşıdakı 10 ildə daha da arta bilər. “Beynəlxalq Tropik Kənd Təsərrüfatı Mərkəzi”nin (“CIAT”) araşdırmasına görə, kakao yetişdirilən bölgələrdə temperaturun yüksəlməsi səbəbindən 2030-cu ilə qədər kakao istehsalı kəskin şəkildə azala bilər.ŞərabNövbəti 50 il ərzində dünya üzrə şərab istehsalının 85 faizədək azalması ehtimal edilir. “Napa” və “Sonoma” kimi məşhur şərab bölgələri artıq keyfiyyətli istehsal üçün həddindən artıq isti hesab olunur.YerfındığıHəddindən artıq istilər və quraqlıq səbəbindən yerfındığı plantasiyaları quruyur. Alimlər hesab edir ki, bu məhsul gözləniləndən daha tez yox ola bilər.AlmaAlma ağaclarının məhsuldar olması üçün qışda müəyyən müddət soyuğa məruz qalması lazımdır. Lakin qışların istiləşməsi bu təbii prosesi pozur.BananBanan plantasiyaları Cənub-Şərqi Asiya, Avstraliya, Afrika və Yaxın Şərqdə yayılan və müalicəsi olmayan “Tropical Race 4” adlı təhlükəli göbələk xəstəliyinin təsiri altındadır.Portağal“Huanglongbing” adlı və həşəratlar vasitəsilə yayılan xəstəlik portağalları hələ ağacda olarkən keyfiyyətsiz və acı hala gətirir. Yoluxmuş ağacların müalicəsi hələ tapılmayıb.NoxudCəmi 225 qram noxud istehsal etmək üçün təxminən 2300 litr su tələb olunur. Dünyadakı quraqlıqlar artıq noxud istehsalını 40-50 faiz azaldıb.Toyuq ətiİqlim dəyişikliyinin yaratdığı həddindən artıq istilər və yeni nəsil epidemiyalar səbəbindən toyuq cinslərinin üçdə biri yox olmaq təhlükəsi ilə üzləşib.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
demokrat.az

1Sources